Dayanıqlı mənzil iqlim və enerji səmərəliliyi ilə bağlıdır - Elizabet Maruma Mrema

Dayanıqlı mənzil iqlim və enerji səmərəliliyi ilə bağlıdır - Elizabet Maruma Mrema

DÜNYA
171

Elizabet Maruma Mrema BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) icraçı direktorunun müavini bildirib ki, mənzil sahəsində həllər eyni zamanda iqlim dayanıqlığını, enerji səmərəliliyini və sosial əlçatanlığı təmin etməlidir, əks halda uzunmüddətli bərabərsizliklər daha da dərinləşə bilər.

Fins.az xəbər verir ki, o bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə” mövzusunda panel sessiyada səsləndirib.

Onun sözlərinə görə, mənzil məsələsinə yanaşmada hər bir icmada evlərin həm layiqli, həm iqlimə davamlı, həm də enerji baxımından səmərəli olması əsas prioritet kimi qəbul edilməlidir.

Elizabet Maruma Mrema vurğulayıb ki, əsas məsələlərdən biri bütün sosial təbəqələr üçün mənzilin əlçatanlığının təmin edilməsidir. O qeyd edib ki, mənzil siyasətində həm kimin evə sahib ola bildiyi, həm də kimin bu imkandan məhrum qaldığı xüsusi diqqət mərkəzində olmalıdır.

BMT rəsmisi əlavə edib ki, tikinti materiallarının ekoloji təhlükəsizliyi və dayanıqlı tikinti yanaşmalarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dünyada milyardlarla insan yaşayış evlərində məskunlaşıb və onların əhəmiyyətli hissəsi qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.

O, həmçinin tikinti sektorunda stimullaşdırma mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin və bazardakı qeyri-bərabərliklərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Bakıda keçirilən WUF13 çərçivəsində müxtəlif sessiyalar davam edib. Forumun ilk günündə nazirlər görüşü, qadın və vətəndaş cəmiyyəti assambleyaları və biznes sessiyaları keçirilib.

İkinci gün qlobal mənzil böhranı və şəhərlərin dayanıqlılığına həsr olunmuş Liderlər Sammiti ilə yadda qalıb, üçüncü gün isə süni intellekt, iqlim dayanıqlılığı və yaşıl urbanizasiya kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, WUF13 mayın 22-dək davam edir və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dayanıqlı mənzil iqlim və enerji səmərəliliyi ilə bağlıdır - Elizabet Maruma Mrema — Fins.az — Fins.az