
Daniil Medvedev Masters turnirində “double bagel” ilə uduzub
Fins.az - Rusiyalı tennisçi Daniil Medvedev Monte-Karlo Masters turnirinin ikinci mərhələsində italiyalı Matteo Berrettiniyə 0:6, 0:6 hesabı ilə uduzub.
Matç 51 dəqiqə davam edib. Medvedev oyunda 27 səhv edib və beş dəfə “double fault”a yol verib. İkinci setdə oyun gedişindən əsəbləşən Medvedev bir oyundan sonra raketini korta vuraraq qırıb.