
Daniil Medvedev Madrid Masters turnirində üçüncü mərhələyə yüksəlib
Fins.az - Daniil Medvedev Madrid şəhərində keçirilən Masters kateqoriyalı turnirdə üçüncü mərhələyə yüksəlib.
Rusiyalı tennisçi ikinci mərhələdə macar idmançı Fabian Marojanı 6:2, 6:7 (3:7), 6:4 hesabı ilə məğlub edib. Qarşılaşma 2 saat 11 dəqiqə davam edib.
ATP reytinqində 10-cu yerdə qərarlaşan Medvedev növbəti mərhələdə norveçli Nikolay Budkov Kyerlə qarşılaşacaq.
Qeyd edək ki, turnirin hazırkı qalibi norveçli Kasper Ruuddur. 2024-cü ildə isə yarışın qalibi rusiyalı Andrey Rublyov olub, lakin o, bu il ikinci mərhələdə mübarizəni dayandırıb.