Daha bir Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq - MÜQAVİLƏ İMZALANDI

Daha bir Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq - MÜQAVİLƏ İMZALANDI

DÜNYA
528

"Sputnik V" peyvəndinin ardından bir başqa Rusiya peyvəndi olan "CoviVac"ın da Türkiyədə istehsalı üçün müqavilə imzalanıb.

Fins.az xəbər verir ki, "Turk İlaç" şirkəti, Rusiyada yeni növ koronavirusa (Kovid-1) qarşı inkişaf etdirilən CoviVac peyvəndinin Türkiyədə istehsalı üçün müqavilə imzalayıb.

"CoviVac" üçün Rusiyada aparılan danışıqlar nəticəsində; International Research Institute for advance Systems (IRIAS) ilə peyvəndin Türkiyədə istehsalı, sənədləndirilməsi və paylaması üçün müqavilə imzalanıb.

Rusiyada "Sputnik V"dən sonra "EpiVacCorona" və "CoviVac" peyvəndləri inkişaf etdirilmişdir.

Bundan əvvəl, Türkiyənin "Viscoran İlaç" şirkəti "Sputnik V" peyvəndinin istehsalı üçün Rusiya Birbaşa Sərmayə Fondu ilə müqavilə imzalamışdır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Daha bir Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq - MÜQAVİLƏ İMZALANDI — Fins.az — Fins.az