
Çövkən üzrə dünya çempionatında Polşa və Uruqvay ilk qələbələrini qazanıblar
Fins.az - Çövkən üzrə ikinci dünya çempionatında növbəti qarşılaşmalar keçirilib.
Polşa yığması Türkiyə yığması ilə oyunda 3:0 hesablı qələbə qazanıb.
Günün son görüşündə isə Uruqvay yığması Nigeriya yığmasını 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, Polşa və Uruqvay yığmaları turnirdə ilk qələbələrini əldə ediblər.
Xatırladaq ki, günün ilk qarşılaşmasında Azərbaycan yığması Özbəkistan yığmasına 4:2 hesabı ilə qalib gəlib.