Çinin sənaye şirkətlərinin gəlirləri 38,3 faiz azalıb

Çinin sənaye şirkətlərinin gəlirləri 38,3 faiz azalıb

DÜNYA
860

Çinin orta və iri sənaye şirkətlərinin gəlirləri yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar xeyli azalıb.

Fins.az Çin Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, illik dövriyyəsi 20 milyon yuandan (2,84 milyon ABŞ dolları) yuxarı olan şirkətlərin gəlirləri yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz azalıb. Hesabat dövründə bir çox müəssisə epidemiya ilə əlaqədar fəaliyyət göstərməyib. Digər amillər - məhsulların maya dəyərinin yüksəlməsi, satış qiymətlərinin azalması da müəssisələrin gəlirlərinin azalmasına səbəb olub.

Komitənin məlumatında deyilir ki, 41 sənaye sahəsinin 37-də mənfəət azalıb. İstehsal sektorunda mənfəətin azalması 42,7, mədənçilikdə isə 21,1 faiz olub. Dövlətə məxsus şirkətlərin mənfəəti 32,9 faiz, özəl müəssisələrinki isə 36,6 faiz azalıb.(azertac)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin sənaye şirkətlərinin gəlirləri 38,3 faiz azalıb — Fins.az — Fins.az