Çinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin məbləği açıqlanıb

Çinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin məbləği açıqlanıb

DÜNYA
896

Çin hökuməti koronavirusla mübarizəyə 10,26 milyard dollar pul ayırıb. Xatırladaq ki, bu günə kimi koronavirusdan 800-dən çox insan dünyasını dəyişib.

Fins.az “Forbes”ə istinadən xəbər verir ki, ayrılan vəsait xəstəliyin müalicəsinə və profilaktik tədbirlərə xərclənəcək. Bu barədə ölkənin maliyyə naziri Lu Kun məlumat verib.

Maliyyə naziri vurğulayır ki, hökumət xəstəliklə mübarizə aparmaq üçün əlindən gələni edir.

CNBC daha əvvəl tibbi avadanlıqların çatışmazlığı kimi problemin  yarandığnı xəbər verib. Bu, Çindəki xəstəxanaların dolması, xəstə sayının artması və resursların çatışmazlığı ilə əlaqəli olub.

Ümumilikdə koronavirusa 37 198 nəfər yoluxub. Mütəxəssislərin fikrincə, epidemiyanın inkişafının pik nöqtəsi fevral ayının ortalarına təsadüf edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin məbləği açıqlanıb — Fins.az — Fins.az