
Çindən Yaponiyaya turist axını kəskin azalıb
Fins.az - Çindən Yaponiyaya turist axını mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 55,9 faiz azalıb. Azalma artıq ardıcıl dörd aydır davam edir.
Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk rübündə də bu tendensiya qorunub və Çinli turistlərin sayı 54,6 faiz aşağı düşüb.
Ekspertlər bu azalmanı iki ölkə arasında münasibətlərin soyuması ilə əlaqələndirirlər. Yaponiya Baş nazirinin Tayvan məsələsi ilə bağlı açıqlamalarından sonra Çin vətəndaşlarına Yaponiyaya səyahət etməmək tövsiyə olunub.
Bununla yanaşı, Çin aviaşirkətləri də Yaponiya istiqamətində uçuşların sayını azaldıb ki, bu da turist axınına əlavə təsir göstərib.