
Çində sualtı dəmir yolu tuneli dünya rekordunu qırdı
Fins.az - Çinin cənubundakı Quandun əyalətində suyun altında çəkilən dəmir yolu tuneli 113 metr dərinliyə çataraq dünya rekordunu müəyyən edib. Tunel hazırda tikilməkdə olan və Şençjen ilə Tszyanmen şəhərlərini birləşdirəcək yüksək sürətli dəmir yolunun bir hissəsidir.
Layihəyə görə, tunelin diametri 13 metr, ümumi uzunluğu 13,69 kilometr olacaq. İnşa işlərinin gedişində bəzi yerlərdə dərinliyin 116 metrə çatması gözlənilir. Dörd il ərzində dörd kilometrlik hissəsi çəkilən tunel mürəkkəb geoloji şəraitdən keçir və gündə təxminən 2 metr uzanır.