
Çində istehsal qiymətləri uzunmüddətli enişdən sonra artıma keçib
Fins.az - Çində istehsalçı qiymətləri 41 ay davam edən enişdən sonra artım göstərməyə başlayıb.
Çinin Dövlət Statistika Bürosunun məlumatına görə, istehsalçı qiymətləri indeksi (PPI) mart ayında illik müqayisədə 0,5 faiz artıb.
Mütəxəssis Don Licuan bildirib ki, bu artım beynəlxalq əmtəə qiymətlərinin yüksəlməsi, həmçinin daxili bazarda tələb və təklif balansının yaxşılaşması ilə bağlıdır.
Aylıq əsasda isə PPI martda 1 faiz artaraq ardıcıl altıncı ay müsbət dinamika nümayiş etdirib.
Eyni zamanda, inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) də mart ayında illik müqayisədə 1 faiz yüksəlib.