Çində dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz tankerinin inşasına başlanılıb

Çində dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz tankerinin inşasına başlanılıb

DÜNYA
143

Fins.az - Çin Dövlət Gəmiqayırma Korporasiyasının Şanxay şəhərində fəaliyyət göstərən “Hudong-Zhonghua” gəmiqayırma qrupu dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz daşıyan tankerinin tikintisinə başlayıb.

Məlumata görə, “QC-Max” tipli tankerin tutumu 271 min kubmetr olacaq.

Layihəyə əsasən, gəminin uzunluğu 344 metr, eni isə 53,6 metr təşkil edəcək.

Yeni tanker böyük həcmdə mayeləşdirilmiş təbii qazın daşınması üçün nəzərdə tutulub və enerji nəqliyyatı sahəsində mühüm əhəmiyyət daşıyacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çində dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz tankerinin inşasına başlanılıb — Fins.az — Fins.az