
Çində daxili reyslər üzrə yanacaq yığımları 6 dəfə artırılıb
Fins.az - Çində aparıcı aviaşirkətlər daxili uçuşlar üçün yanacaq yığımlarını kəskin şəkildə artırıb. Aprelin 5-dən etibarən 800 km-ə qədər olan reyslər üçün əlavə ödəniş 60 yuan, 800 km-dən artıq məsafələr üçün isə 120 yuan təşkil edir.
Əvvəllər bu məbləğlər müvafiq olaraq 10 və 20 yuan idi, yəni artım təxminən 6 dəfə olub. Qeyd olunur ki, aprelin 4-dək alınmış biletlərdə dəyişiklik edilsə belə, yanacaq yığımının məbləği dəyişməyəcək.