Çində dabaq xəstəliyi sərhəd nəzarətini sərtləşdirib

Çində dabaq xəstəliyi sərhəd nəzarətini sərtləşdirib

DÜNYA
354

Fins.az - Çində dabaq xəstəliyinin yayılması fonunda hakimiyyət sərhəd nəzarətini sərtləşdirib və təcili tədbirlər görməyə başlayıb.

Məlumata görə, Qansu əyaləti və Sincan Uyğur Muxtar Bölgəsində 6229 baş mal-qara arasında xəstəlik aşkarlanıb. Bunun ardınca yoluxmuş heyvanların məhv edilməsi və ərazilərin dezinfeksiyası prosesinə start verilib.

Eyni zamanda, yeni peyvəndin hazırlanması sürətləndirilir. Analitiklər bildirirlər ki, bu, Çində ilk dəfə aşkarlanan SAT-1 serotipidir və mövcud peyvəndlər (O və A serotiplərinə qarşı) bu növə qarşı effektiv deyil.

Mütəxəssislər hesab edirlər ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən tədbirlər kənd təsərrüfatı sektorunun qorunması baxımından vacibdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çində dabaq xəstəliyi sərhəd nəzarətini sərtləşdirib — Fins.az — Fins.az