Çində bir ilk

Çində bir ilk

DÜNYA
917

Çində ortaya çıxaraq dünyaya yayılan epidemiyada, ilk dəfə ölkə daxilində Covid-19-a yoluxan aşkar edilməyib.

Fins.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Milli Səhiyyə Komissiyası, ölkədə dünən aşkar edilən 34 yeni Covid-19 xəstəsinin hamısının xaricdən gələnlər olduğunu açıqlayıb. 

Paytaxt Pekində 21, Şanxayda 2, Guangdongda 9, Heylongciang və Cıciang əyalətlərində də bir adamda Kovid-19 aşkar edildiyi, bu faktların hamısının ''idxal'' olduğu qeyd edilib. 

"Worldometer" internet saytı, dünya daxilində yeni növ koronavirusa yoluxduğu aşkarlananların sayının 219 min 345 nəfər olduğunu açıqlayıb. Sayta görə, Covid-19 səbəbilə 8 min 969 nəfər ölüb, 85 min 745 nəfər də sağalıb.

@marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çində bir ilk — Fins.az — Fins.az