Çində 7 platforma qida çatdırılmasındakı pozuntulara görə 530 milyon dollar cərimələnib

Çində 7 platforma qida çatdırılmasındakı pozuntulara görə 530 milyon dollar cərimələnib

DÜNYA
404

Fins.az - Çində Dövlət Bazar Tənzimləmə Administrasiyası (SAMR) tərəfindən aparılan araşdırma nəticəsində elektron ticarət və qida çatdırılması sahəsində fəaliyyət göstərən yeddi iri platforma cərimələnib.

Məlumata görə, Meituan, Alibaba-ya məxsus Taobao Shangou, Taobao və Tmall, həmçinin PDD Holdings, JD.com və ByteDance şirkətinə aid Douyin ümumilikdə 3,6 milyard yuan (təxminən 527 milyon dollar) məbləğində cərimə ödəyəcək.

Tənzimləyici qurum onların qida təchizatçılarının lisenziyalarının lazımi şəkildə yoxlanmamasına və nəzarətsiz iaşə xidmətlərinin platformalarda fəaliyyətinə şərait yaradılmasına görə qayda pozuntuları aşkar edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çində 7 platforma qida çatdırılmasındakı pozuntulara görə 530 milyon dollar cərimələnib — Fins.az — Fins.az