Çin–Avropa quru yükdaşımalarının 85 faizi Qazaxıstan üzərindən həyata keçirilir

Çin–Avropa quru yükdaşımalarının 85 faizi Qazaxıstan üzərindən həyata keçirilir

DÜNYA
161

Fins.az - Çindən Avropaya quru marşrutları ilə daşınan yüklərin təxminən 85 faizi Qazaxıstan ərazisindən keçir.

Bu barədə Urumçi şəhərində keçirilən IX “Çin–Avrasiya” Beynəlxalq Sərgisi çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarin ilə Çin Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan arasında keçirilən görüşdə məlumat verilib.

Tərəflər nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafını, tranzit potensialının artırılmasını və Çinlə Avropa arasında yükdaşımalarının səmərəliliyinin yüksəldilməsini müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin–Avropa quru yükdaşımalarının 85 faizi Qazaxıstan üzərindən həyata keçirilir — Fins.az — Fins.az