
Çin XİN: Trampın səfəri ilə bağlı ABŞ ilə əlaqələr saxlanılır
Fins.az - Çin və ABŞ ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri ilə bağlı əlaqələri davam etdirir.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan növbəti brifinqdə bildirib. Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində diplomatiya Çin-ABŞ münasibətlərində mühüm strateji istiqamətləndirici rol oynayır.
Daha əvvəl yayılan məlumatlara görə, Donald Trampın martın 31-dən aprelin 2-dək Çinə səfər etməsi planlaşdırılır. Bildirilir ki, sıx qrafik və təhlükəsizlik səbəbləri ilə səfər çərçivəsində yalnız Pekinə baş çəkməsi nəzərdə tutulur.