
Çin iqtisadiyyatının nə vaxt bərpa olunacağı AÇIQLANIB
Çin iqtisadiyyatında 2020-ci ilin ilk iki ayında görünməmiş mənfi göstəricilər qeydə alınıb
Fins.az xəbər verir ki, bu barədə Reuters məlumat yayımlayıb
Çin hökümətinin açıqladığı rəqəmlərə görə yanvar-fevral aylarında sənaye artımı keçən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalıb. Koronavirusun yayılmasından sonrakı dövrlə müqaisədə son 30 il ərzində rekord səviyyədə azalma müahidə edilir.
Dekabr ayında, virus yayılmamışdan əvvəl, Çinin sənaye istehsalı 6,9 faiz artmışdı. Azalmanın miqyasının analitiklərin gözləntilərindən daha çox olduğu qeyd olunur. Çin məhsullarının ixracı da əhəmiyyətli dərəcədə azalıb - 17,2 faiz.
Mütəxəssislər, ölkə iqtisadiyyatının bərpasının epidemiyanın tamamilə aradan qaldırılmasından sonra bir neçə ay sonra mümkün olacağını proqnozlaşdırırlar.
Müəllif;Aynur Qəniyeva