
Çin enerji sektoruna 2030-cu ilədək 2,9 trilyon dollar investisiya yatıracaq
Fins.az - Çin 2030-cu ilədək enerji sektorunun inkişafı üçün təxminən 2,9 trilyon dollar (20 trilyon yuan) həcmində investisiya yatırmağı planlaşdırır.
Yeni enerji strategiyasına əsasən, vəsaitin əsas hissəsi elektrik enerjisi istehsal güclərinin artırılmasına, ötürmə şəbəkələrinin modernləşdirilməsinə və təmiz enerji texnologiyalarının inkişafına yönəldiləcək.
Plana görə, külək və Günəş enerjisi ölkənin elektrik sisteminin əsas dayaqlarından birinə çevriləcək.
Bu investisiyalar Çinin bərpaolunan enerji mənbələrinin payını artırmaq və enerji infrastrukturunu gücləndirmək məqsədi daşıyır.