Çin daha 20 Yaponiya şirkətinə qarşı ticarət məhdudiyyətləri tətbiq edib

Çin daha 20 Yaponiya şirkətinə qarşı ticarət məhdudiyyətləri tətbiq edib

DÜNYA
154

Fins.az - Çin hakimiyyəti daha 20 Yaponiya şirkətinə və bir sıra elmi-tədqiqat institutlarına qarşı ticarət məhdudiyyətləri tətbiq edib.

Məlumata görə, bu addım Pekinin Tokioya iqtisadi təzyiq siyasətinin növbəti mərhələsi hesab olunur.

Bildirilir ki, məhdudiyyətlərin tətbiqinə Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı açıqlamaları səbəb olub. O, ötən ilin noyabrında parlamentdə çıxışı zamanı Tayvan ətrafında böhran yaranacağı təqdirdə Yaponiyanın hərbi cavab variantını istisna etmədiyini bildirmişdi.

Pekin bu mövqeyin dəyişdirilməsini tələb etsə də, Takaiçi əvvəlki bəyanatından imtina etməyib. Bu fonda Çin Yaponiya şirkətlərinə qarşı yeni ticarət məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...