Çin Baş nazirinin müavini Parisdə ABŞ nümayəndə heyəti ilə ticarət danışıqları aparacaq

Çin Baş nazirinin müavini Parisdə ABŞ nümayəndə heyəti ilə ticarət danışıqları aparacaq

DÜNYA
257

Fins.az - Çin Dövlət Şurasının Baş nazir müavini He Lifən martın 14–17-də Fransaya səfər edərək ABŞ nümayəndə heyəti ilə ticarət-iqtisadi danışıqlarda iştirak edəcək.

Bildirilir ki, tərəflər iki ölkə liderləri arasında Busanda keçirilən görüş və əvvəlki telefon danışıqları zamanı əldə olunan razılaşmalara əsaslanaraq qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələlərini müzakirə edəcəklər.

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentin də martın 15–16-da Parisə səfər edərək Çin nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin Baş nazirinin müavini Parisdə ABŞ nümayəndə heyəti ilə ticarət danışıqları aparacaq — Fins.az — Fins.az