
Çin atmosfer tədqiqatları üçün ilk yerli təyyarəni sınaqdan keçirib
Fins.az - Çin atmosferin tədqiqi üçün hazırladığı ilk yerli təyyarənin sınaq uçuşunu uğurla həyata keçirib.
Çin Aviasiya Sənayesi Korporasiyasının (AVIC) məlumatına görə, təyyarə havanın keyfiyyətinin öyrənilməsi məqsədilə hazırlanıb. Yeni hava gəmisi atmosferin müxtəlif yüksəkliklərində ölçmələr apararaq havanın vəziyyətini qiymətləndirə və çirklənmə səviyyəsini daha dəqiq müəyyən edə bilir.