Çin ABŞ-la ticarət danışıqlarında WeChat və TikTok-u da  gündəmə gətirəcək

Çin ABŞ-la ticarət danışıqlarında WeChat və TikTok-u da  gündəmə gətirəcək

DÜNYA
538

ABŞ və Çin yeddi ay sonra bir araya gələcəklər.

Fins.az xəbər verir ki,yaxın günlərdə ABŞ və Çin danışıqlarının birinci mərhələsi ticarət razılaşmasının həyata keçirilməsinin detalları müzakirə ediləcək. Bloomberg-dəki xəbərlərdə Pekinin yaxın zamanlarda Çin şirkətlərini hədəf alan tətbiqlərlə əlaqədar TikTok və WeChat məsələlərini gündəmə gətirəcəyi bildirilib.

Bloomberg-in mövzuya yaxın mənbələrə söykənərək verdiyi məlumata görə, virtual görüşün bu həftə yüksək ehtimalla keçiriləcəyi bildirilsə də, dəqiq gün hələlik bəlli deyil.

Müzakirə ediləcək kənd təsərrüfatı məhsulu satınalmaları və dollar / yuan pariteti ilə yanaşı Çin hakimiyyəti, ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik səbəbiylə irəli sürdüyü qadağan qərarlarını da müzakirə edəcəyi ifadə edildi.

Mənbələr Çinin bu danışıqlarda nəyi hədəf aldığı barədə məlumat verməyib.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin ABŞ-la ticarət danışıqlarında WeChat və TikTok-u da  gündəmə gətirəcək — Fins.az — Fins.az