
Çin 75 milyard dollarlıq ABŞ məhsullarına gömrük tariflərini aşağı salacaq
Çin 75 milyard dollarlıq ABŞ məhsullarına tətbiq olunan gömrük tariflərini aşağı salacaq.
Fins.az xəbər veri ki, Çin Maliyyə Nazirliyi tərəfindən Cümə axşamı günü verilən açıqlamaya görə, Çin ABŞ-dan idxal edilən 75 milyard dollar dəyərindəki məhsullar üçün tətbiq olunan gömrük tariflərini 14 Fevraldan etibarən yarı yarıya aşağı salacaq.
Təriflərin bəziləri 10%-dən 5%-ə, qalanları isə 5%-dən 2.5%-ə salınacaq.
Bloomberg-də yer alan xəbərə görə, ABŞ-dan idxal edilən donuz ətinə tətbiq olunan tərif 35%-dən 30%-ə, soya paxlasına tətbiq olunan tərif isə 30%-dən 27.5%-ə endirilib.
©Marja