
Çexiya və Cənubi Afrika milliləri dünya çempionatında heç-heçə ediblər
Fins.az - 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Çexiya və Cənubi Afrika Respublikası milliləri 1:1 hesablı heç-heçə edib.
Atlantada keçirilən qarşılaşmada hesabı oyunun 6-cı dəqiqəsində çexiyalı futbolçu Mixal Sadilek açıb.
Cənubi Afrika yığmasının futbolçusu Teboho Mokoena isə 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
İki turdan sonra hər iki komandanın aktivində 1 xal var. Çexiya qrupda üçüncü, Cənubi Afrika isə dördüncü pillədə qərarlaşıb.