Çernobıl AES qəzasından 40 il ötür – XX əsrin ən böyük texnogen fəlakəti

Çernobıl AES qəzasından 40 il ötür – XX əsrin ən böyük texnogen fəlakəti

DÜNYA
358

Fins.az - Bu gün Ukraynanın şimalında, Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 40 ili tamam olur.

Bu hadisə XX əsrin ən böyük texnogen fəlakəti kimi tarixə düşüb. Qəza AES-də təhlükəsizlik sistemlərinin sınağı zamanı baş verib. Reaktorun gücünü yoxlamaq məqsədilə aparılan sınaq zamanı ciddi texniki səhvlərə yol verilib və təhlükəsizlik sistemləri qismən söndürülüb. Nəticədə reaktor nəzarətdən çıxaraq partlayıb.

Partlayış nəticəsində dördüncü enerji blokundan ətraf mühitə böyük miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücünün Xirosimaya atılan atom bombasından təxminən 500 dəfə güclü olduğu bildirilir.

Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanma nəticəsində 50 nəfər həyatını itirib. Sonrakı illərdə radiasiyanın təsirləri səbəbindən ölənlərin ümumi sayının 50 mindən 100 min nəfərə qədər ola biləcəyi ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çernobıl AES qəzasından 40 il ötür – XX əsrin ən böyük texnogen fəlakəti — Fins.az — Fins.az