Cənubi Koreya vonu 17 ilin minimumuna düşüb

Cənubi Koreya vonu 17 ilin minimumuna düşüb

DÜNYA
294

Fins.az - Cənubi Koreya vonu ABŞ dollarına nisbətdə son 17 ilin ən aşağı səviyyəsinə enib. Valyutanın zəifləməsi İran ətrafında artan geosiyasi gərginlik fonunda dolların möhkəmlənməsi ilə əlaqələndirilir.

Son məlumatlara görə, məzənnə 1 dollar üçün 1517,30 vona çatıb və bu, əvvəlki günlərlə müqayisədə enişin davam etdiyini göstərir. Ötən həftənin sonunda isə göstərici ilk dəfə olaraq 2009-cu il qlobal maliyyə böhranından bəri psixoloji 1500 səviyyəsindən aşağı düşmüşdü.

Mütəxəssislər bildirirlər ki, beynəlxalq qeyri-müəyyənlik şəraitində investorlar daha təhlükəsiz aktivlərə yönəldiyi üçün dollar güclənir, bu isə digər valyutalara, o cümlədən Cənubi Koreya vonuna təzyiq göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Koreya vonu 17 ilin minimumuna düşüb — Fins.az — Fins.az