Cənubi Koreya fond bazarı kapitallaşmaya görə Hindistanı geridə qoyub

Cənubi Koreya fond bazarı kapitallaşmaya görə Hindistanı geridə qoyub

DÜNYA
312

Fins.az - Cənubi Koreyanın fond bazarı kapitallaşma həcminə görə Hindistanı geridə qoyaraq dünyada altıncı yerə yüksəlib.

Məlumata görə, bu il ərzində Cənubi Koreya şirkətlərinin ümumi bazar dəyəri 86 faiz artaraq 5 trilyon dollara çatıb. Hindistan şirkətlərinin bazar kapitallaşması isə 4,8 trilyon dollar səviyyəsinə enib.

Artımın əsas səbəblərindən biri yarımkeçirici istehsalçılarının güclü nəticələri olub. Xüsusilə Samsung Electronics və SK Hynix şirkətlərinin bazar dəyərində əhəmiyyətli yüksəliş qeydə alınıb.

Bundan əvvəl Cənubi Koreya fond bazarı kapitallaşma baxımından Kanada və bir sıra Avropa ölkələrinin fond bazarlarını da geridə qoymuşdu.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Koreya fond bazarı kapitallaşmaya görə Hindistanı geridə qoyub — Fins.az — Fins.az