
Çelsidəki milyarder Nik Kəndinin malikanəsi rekord $350 mln-a satılıb
Fins.az - Britaniyalı milyarder Nik Kəndi Londondakı Çelsi rayonundakı malikanəsini 270 mln funt sterlinqdən ($350 mln) çox qiymətə satıb. Bu satış tarixdəki ən yüksək qiymət hesab olunur.
Malikanə 2 akr ərazini əhatə edir, ərazidə çimərlik və hovuz var. Əvvəllər burada Böyük Britaniyanın ilk baş naziri Robert Uolpolun evi yerləşirdi. Ev və ətrafının dizaynı Kəndinin şirkəti Candy London tərəfindən hazırlanıb.