
“Çelsi” Moyses Kaysedo ilə müqaviləni uzadıb
Fins.az - İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçi Moyses Kaysedo ilə müqavilənin müddətini uzadıb.
Yeni razılaşmaya əsasən, ekvadorlu futbolçu 2033-cü ilin iyun ayına qədər London təmsilçisinin heyətində çıxış edəcək.
Kaysedo 2023-cü ilin yayında “Brayton” klubundan “Çelsi”yə transfer olunub. O, bu müddət ərzində komanda ilə UEFA Konfrans Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.
Futbolçu “Çelsi”nin heyətində indiyədək 140 oyunda meydana çıxıb.