
“Çelsi” baş məşqçi ilə yollarını ayırıb
Fins.az - İngiltərənin “Çelsi” klubu baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.
Klubun yaydığı məlumata görə, bu qərar komandanın son həftələrdə qeyri-sabit və uğursuz çıxışı ilə əlaqədardır.
Komandaya müvəqqəti olaraq Kallum MakFarlan rəhbərlik edəcək.
Hazırda “Çelsi” İngiltərə Premyer Liqasında 48 xalla yeddinci pillədə qərarlaşıb.