Cəlilabadda yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq

Cəlilabadda yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq

DÜNYA
467

Fins.az - Yeni tədris ilindən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində istixanaların yenidən qurulması və günəş panelləri mühəndisliyi ixtisasları üzrə tədrisə başlanılacaq.

Mərkəzin rəhbərliyi bildirir ki, yeni ixtisasların açılması regionun əmək bazarının tələblərinə uyğun şəkildə həyata keçirilir. İstixana təsərrüfatlarının inkişafı kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Günəş panelləri mühəndisliyi isə alternativ enerji sahəsində artan tələbat fonunda xüsusi aktuallıq qazanır. Bu sahədə kadr hazırlığı enerji səmərəliliyinin yüksəldilməsinə və yaşıl texnologiyaların tətbiqinə töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cəlilabadda yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq — Fins.az — Fins.az