
Çeçenistanda daşqınlar 4 mindən çox evə ziyan vurub
Fins.az - Çeçenistanda (Rusiya) baş verən daşqınlar nəticəsində 4 363 yaşayış evi zərər görüb və 19 mindən çox insan təsirlənib.
Region rəhbəri Ramzan Kadırovun teleqram kanalında verdiyi məlumata görə, təbii fəlakət zamanı həmçinin təxminən 90 sosial əhəmiyyətli obyekt, 438 yol sahəsi və 48 körpü zədələnib. Kommunal təsərrüfat obyektləri də ciddi zərər görüb.
Bildirilib ki, bəzi təhsil və səhiyyə müəssisələri ya əsaslı təmirə, ya da yenidən tikintiyə ehtiyac duyur. Ən çətin vəziyyət bir sıra rayonlarda qeydə alınıb və əhali evakuasiya olunub.