
Cargo Dragon yük gəmisi Sakit okeana uğurla eniş edib
Fins.az - SpaceX tərəfindən hazırlanmış təkrar istifadə olunan Cargo Dragon yük gəmisi Beynəlxalq Kosmik Stansiyadan ayrıldıqdan sonra Sakit okeana uğurla eniş edib.
Məlumata görə, gəminin kapsulu orbitdən çıxaraq paraşüt sistemi vasitəsilə ABŞ-ın Kaliforniya ştatının cənub sahilləri yaxınlığında, San Diego ətrafında suya enib.
Kapsulun SpaceX-in qəza-xilasetmə gəmisinin köməyi ilə sudan çıxarılaraq göyərtəyə qaldırılması nəzərdə tutulur.
Cargo Dragon Beynəlxalq Kosmik Stansiyaya çatdırdığı yüklər və elmi materiallarla bağlı missiyasını uğurla başa vurub.