
BYD yeni flaqman sedanı Seal 08-i satışa çıxarıb
Fins.az - BYD Çində yeni flaqman sedanı Seal 08-in satışına start verib.
Model həm plug-in hibrid, həm də tam elektrik versiyalarında təqdim olunur. Yeni sedan zəngin təchizat səviyyəsi və rəqabətli qiymətləri ilə diqqət çəkir.
Seal 08 ilk dəfə 2025-ci ildə Ocean-S konsepti kimi nümayiş etdirilmişdi. Seriya istehsalı versiyası isə 2026-cı ilin mart ayında təqdim olunub.
İndi keçirilən rəsmi təqdimat zamanı avtomobilin qiymətləri açıqlanıb və satışlara başlanılıb. Seal 08 hazırda BYD Ocean model ailəsinin yeni flaqman minik avtomobili hesab olunur.