BVF xəbərdarlıq edir: Yaxın Şərq müharibəsi qlobal iqtisadiyyata zərbə vuracaq

BVF xəbərdarlıq edir: Yaxın Şərq müharibəsi qlobal iqtisadiyyata zərbə vuracaq

DÜNYA
178

Fins.az - Yaxın Şərqdə davam edən münaqişə qlobal iqtisadiyyatda inflyasiyanın artmasına və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) rəhbəri Kristalina Georgieva açıqlama verib.

O, Reuters agentliyinə müsahibəsində bildirib ki, mövcud vəziyyət qiymətlərin artacağını və iqtisadi aktivliyin zəifləyəcəyini göstərir.

BVF 14 aprel tarixində 2026–2027-ci illər üzrə qlobal ÜDM artım proqnozlarını açıqlayacaq. İlkin planlara görə, qurum 2026-cı il üçün iqtisadi artımı 3,3%, 2027-ci il üçün isə 3,2% səviyyəsində proqnozlaşdırmağı nəzərdə tuturdu. Lakin hazırkı geosiyasi vəziyyət fonunda bu göstəricilərin aşağı salına biləcəyi ehtimal edilir.

“Hazırda biz yüksək qeyri-müəyyənlik şəraitində yaşayırıq”, – deyə Georgiyeva vurğulayıb.

Onun sözlərinə görə, müharibə nəticəsində qlobal neft tədarükü təxminən 13% azalıb. Bu isə enerji bazarları ilə yanaşı, gübrə və digər xammal məhsullarının qiymətlərinə də təsir göstərir.

BVF rəhbəri qeyd edib ki, hətta hərbi əməliyyatların yaxın zamanda başa çatması belə iqtisadi artım proqnozlarının müəyyən qədər aşağı salınmasına və inflyasiya gözləntilərinin yüksəldilməsinə səbəb olacaq.

Ekspertlərin fikrincə, əgər münaqişə uzanarsa, qlobal iqtisadiyyatda inflyasiya təzyiqləri daha da güclənəcək və artım tempində daha ciddi zəifləmə müşahidə olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BVF xəbərdarlıq edir: Yaxın Şərq müharibəsi qlobal iqtisadiyyata zərbə vuracaq — Fins.az — Fins.az