
Budapeştdə ilk dəfə genişmiqyaslı küçə musiqisi festivalı keçiriləcək
Fins.az - Macarıstanın paytaxtı Budapeştdə bu yay ilk dəfə olaraq “Budapest Play” adlı genişmiqyaslı küçə musiqisi festivalı təşkil ediləcək.
Festival iki mərhələdə keçiriləcək: iyulun 30-dan avqustun 1-dək və avqustun 6-dan 8-dək.
Tədbirlər şəhərin müxtəlif hissələrində yerləşən on fərqli məkanda baş tutacaq. Festival çərçivəsində küçə musiqiçilərinin çıxışları və müxtəlif musiqi proqramları təqdim olunacaq.