Bu ölkə ilk dəfə olaraq koronavirusa görə defolt elan etməyə hazırlaşır

Bu ölkə ilk dəfə olaraq koronavirusa görə defolt elan etməyə hazırlaşır

DÜNYA
722

Xarici KİV-lər Zambiya rəhbərliyinin ölkədə defolt elan etməyə hazır olduğunu yazır.

Fins.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, koronavirusun yaratdığı böhran səbəbindən hökümət bu qərarı qəbul edib. 

Məlumata görə hökümət   ölkənin 3 milyard dollarlıq istiqrazına sahib olan investorların ödəmələrini dayandırmasına icazə verilməyəcəyi təqdirdə defolt elan olunacaq. .

Bununla yanaşı investorların hələ də ölkə rəsmilərinin ödəmələrin dayandırılması tələbini rədd etməyə hazırlaşdığı məlumdur.

Mənbələr borc ödəmə təhlükəsinə baxmayaraq, tezliklə faiz ödənişlərinin altı ay müddətinə dayandırılması tələbinə razı olub-olmayacağına qərar vermək istəyən təklif sahibləri bu təklifi rədd etməyi planlaşdırdıqlarını bildirir.

Qeyd olunur ki, investorların bu qərarı ölkənin makroiqtisadi tarazlığı necə aradan qaldıracağını və iqtisadiyyatın sabitliyini bərpa edəcəyini izah etməməsi ilə əlaqədardır.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ölkə ilk dəfə olaraq koronavirusa görə defolt elan etməyə hazırlaşır — Fins.az — Fins.az