Brüsseldə Avropa Komissiyasının binasında kondisioner sistemi istiyə görə sıradan çıxıb

Brüsseldə Avropa Komissiyasının binasında kondisioner sistemi istiyə görə sıradan çıxıb

DÜNYA
204

Fins.az - Avropanın böyük hissəsini əhatə edən ekstremal istilər səbəbindən Brüsseldə yerləşən Avropa Komissiyasının Berlaymont qərargahında kondisioner sistemi qismən sıradan çıxıb.

Məlumata görə, iyunun 26-sı günün ikinci yarısında əməkdaşlara daxili bildiriş sistemi vasitəsilə binanın birinci mərtəbəsindən yeddinci mərtəbəsinədək soyutma sisteminin günün sonunadək məcburi şəkildə söndürüldüyü barədə məlumat verilib.

Qeyd olunur ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və komissarların əksəriyyətinin kabinetləri 13 mərtəbəli binanın yuxarı mərtəbələrində yerləşir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brüsseldə Avropa Komissiyasının binasında kondisioner sistemi istiyə görə sıradan çıxıb — Fins.az — Fins.az