Brunu Fernandeş Premyer Liqada Ronaldunun rekordunu təkrarlayıb

Brunu Fernandeş Premyer Liqada Ronaldunun rekordunu təkrarlayıb

DÜNYA
341

Fins.az - “Mançester Yunayted”in kapitanı Brunu Fernandeş İngiltərə Premyer Liqasında növbəti uğura imza atıb və klubun əfsanəsi Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.

Məlumata görə, “Brentford”a qarşı 2:1 hesabı ilə başa çatan oyunda portuqaliyalı yarımmüdafiəçi məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda yoldaşı Benjamin Şeşkoya etdiyi assistlə Premyer Liqada ümumi qol və assist sayını 140-a çatdırıb.

Bu nəticə ilə Fernandeş Ronaldunun eyni göstəricisinə çatıb, lakin bunu ondan 11 oyun daha az müddətdə reallaşdırıb. Onun Premyer Liqadakı statistikası 70 qol və 70 məhsuldar ötürmədən ibarətdir.

Kriştianu Ronaldu isə həmin 140 nəticəyə 103 qol və 37 assistlə nail olmuşdu.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...