
“British Airways” bilet qiymətlərinin artacağını açıqlayıb
Fins.az - British Airways uçuş biletlərinin qiymətlərini artıracağını açıqlayıb. Şirkət bunu Yaxın Şərqdəki gərginlik fonunda yanacaq qiymətlərinin kəskin artması ilə izah edir.
Aviaşirkətin daxil olduğu International Airlines Group bildirir ki, münaqişə nəticəsində reaktiv yanacağın bahalaşması qaçılmaz olaraq sərnişin biletlərinə də təsir göstərə bilər.
Şirkət qeyd edib ki, hazırda yanacaq təchizatında fasilə olmasa da, potensial risklər mövcuddur. Xüsusilə Hörmüz boğazında mümkün məhdudiyyətlər qlobal enerji bazarında narahatlıq yaradır.
Böyük Britaniya hökuməti isə yanacaq ehtiyatlarını yaxından izlədiyini açıqlayıb.