Britaniyanın müdafiə naziri vəzifəsindən istefa verib

Britaniyanın müdafiə naziri vəzifəsindən istefa verib

DÜNYA
185

Fins.az - Böyük Britaniyanın müdafiə naziri John Healey vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məlumata görə, istefanın səbəbi Baş nazir Keir Starmer ilə ölkənin silahlı qüvvələrinin inkişaf perspektivləri və müdafiə investisiyaları məsələsində yaranmış fikir ayrılığı olub.

Con Hili Baş nazirə ünvanladığı məktubda bildirib ki, ordunun ehtiyac duyduğu resursları təmin etməyən müdafiə investisiyası planı ilə razılaşa bilməz.

O vurğulayıb ki, bu şəraitdə müdafiə naziri vəzifəsində qalması mümkün deyil və istefa vermək qərarı qəbul edib.

Hadisənin Böyük Britaniyanın müdafiə siyasəti ilə bağlı müzakirələri daha da gücləndirəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniyanın müdafiə naziri vəzifəsindən istefa verib — Fins.az — Fins.az