Britaniyada isti hava ilə bağlı xəbərdarlığın müddəti uzadılıb

Britaniyada isti hava ilə bağlı xəbərdarlığın müddəti uzadılıb

DÜNYA
215

Fins.az - Böyük Britaniya hökuməti ölkədə müşahidə olunan rekord istilərlə əlaqədar “sarı” səviyyəli hava xəbərdarlığının müddətini bazar gününədək uzadıb.

Məlumata görə, iyunun 27-də ardıcıl üçüncü gündür ki, ölkədə iyun ayı üzrə ən yüksək temperatur qeydə alınıb.

Britaniya Meteorologiya Agentliyi bildirib ki, xəbərdarlıq London, İngiltərənin cənub-şərqi, şərqi və Şərqi Midlends bölgələrinin bəzi hissələrini əhatə edir.

Temperaturun tədricən enməsinə baxmayaraq, isti və yüksək rütubətli gecənin gözlənilməsi səbəbindən xəbərdarlıq bazar günü yerli vaxtla saat 09:00-dək (GMT ilə 08:00) qüvvədə qalacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniyada isti hava ilə bağlı xəbərdarlığın müddəti uzadılıb — Fins.az — Fins.az