
Britaniyada həkimlər planlaşdırılan tətili təxirə salıblar
Fins.az - Böyük Britaniyada rezident həkimlər hökumətin təqdim etdiyi yeni təklifdən sonra planlaşdırılan dörd günlük tətili təxirə salıblar.
Bildirilib ki, tətilin bazar ertəsi saat 07:00-da başlaması nəzərdə tutulurdu və bu, 2023-cü ildən bəri həkimlərin keçirməyi planlaşdırdığı 16-cı aksiya olacaqdı.
Qərarın hökumətin yeni təklifindən sonra verildiyi qeyd olunur.