Britaniya tənzimləyicisi Google-dan axtarış sistemində daha şəffaf qaydalar tələb edib

Britaniya tənzimləyicisi Google-dan axtarış sistemində daha şəffaf qaydalar tələb edib

DÜNYA
167

Fins.az - Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi Google şirkətindən axtarış nəticələrinin formalaşdırılmasında daha çox şəffaflıq təmin etməyi tələb edib.

Qərara əsasən, şirkət reklam xarakterli olmayan axtarış nəticələrini obyektiv meyarlar əsasında sıralamalıdır.

Bundan başqa, istifadəçilərin şikayətlərinə baxılması üçün daha aydın mexanizmlər yaradılmalı və istifadəçilərə öz axtarış məlumatlarını səlahiyyətli üçüncü tərəflərlə paylaşmaq imkanı verilməlidir.

Tənzimləyici qurum hesab edir ki, bu tədbirlər rəqabətin qorunmasına, istifadəçi hüquqlarının gücləndirilməsinə və rəqəmsal xidmətlərin daha şəffaf fəaliyyət göstərməsinə kömək edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya tənzimləyicisi Google-dan axtarış sistemində daha şəffaf qaydalar tələb edib — Fins.az — Fins.az