
Braziliya və Mərakeş dünya çempionatına heç-heçə ilə başlayıblar
Fins.az - Braziliya milli futbol komandası ilə Mərakeş milli futbol komandası arasında keçirilən dünya çempionatının ilk tur oyunu 1:1 hesabı ilə başa çatıb.
ABŞ-nin İst-Raterford şəhərində keçirilən görüşdə hesabı 21-ci dəqiqədə Mərakeş yığmasının futbolçusu İsmayıl Saybari açıb.
Braziliya millisi isə 32-ci dəqiqədə Vinisius Juniorun qolu ilə tarazlığı bərpa edib.
Komandalar C qrupunda mübarizə aparırlar. Bu qrupda həmçinin Haiti milli futbol komandası və Şotlandiya milli futbol komandası yer alır.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir.