
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
Fins.az - Wes Streeting Böyük Britaniyanın səhiyyə naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Nazir sosial şəbəkədə paylaşdığı məktubda Keir Starmerin rəhbərliyinə etimadını itirdiyini bildirib. O qeyd edib ki, mövcud şəraitdə hökumətdə qalması prinsiplərinə zidd olardı.
Stritinq hökumətdə aydın vizyon və strateji istiqamətin çatışmadığını vurğulayıb. O həmçinin Labour Party daxilində narazılığın son seçkilərdəki ağır məğlubiyyətdən sonra daha da artdığını qeyd edib.
İstefa Böyük Britaniya hökumətində siyasi təzyiqin və daxili fikir ayrılıqlarının gücləndiyi bir dövrdə baş verib.