Böyük Britaniyada “Ryanair” ilə bağlı araşdırma başlanıb

Böyük Britaniyada “Ryanair” ilə bağlı araşdırma başlanıb

DÜNYA
154

Fins.az - Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviaşirkət Ryanair ilə bağlı araşdırma başladıb.

Məlumata görə, araşdırma valideynlərdən uçuş zamanı uşaqlarının yanında əyləşə bilmələri üçün əlavə ödəniş tələb olunması ilə əlaqədardır.

BBC-yə istinadən bildirilir ki, tənzimləyici qurum bu ödənişlərin istehlakçı hüquqları qanunvericiliyinə uyğun olub-olmadığını yoxlayır.

CMA-nın araşdırmasının nəticələrinin aviaşirkətin qiymət siyasətinə və sərnişin hüquqlarına təsir edə biləcəyi qeyd olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniyada “Ryanair” ilə bağlı araşdırma başlanıb — Fins.az — Fins.az