
Böyük Britaniyada rekord ölçülü dəniz külək turbini quraşdırılıb
Fins.az - Böyük Britaniyada dəniz külək enerjisi sahəsində yeni rekord qeydə alınıb.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və “ScottishPower” tərəfindən həyata keçirilən “East Anglia 3” layihəsi çərçivəsində ölkədə indiyədək ən uzun qanadlara malik külək turbini quraşdırılıb.
Yeni turbinlərin qanad uzunluğu 115 metr təşkil edir ki, bu da futbol meydançasından da böyük ölçü deməkdir. Layihə çərçivəsində ümumilikdə 95 turbin üçün 285 qanad istehsal ediləcək.
Hər bir turbinin gücü 14 meqavatdır, hündürlüyü isə 262 metrə çatır. Bu göstərici onu Londondakı “The Shard” göydələnindən daha hündür edir.
Məlumata görə, bir turbinin təkcə bir dövrü belə Böyük Britaniyada bir evin dörd gündən artıq elektriklə təmin olunmasına kifayət edir.