Böyük Britaniyada rekord istilər gözlənilir

Böyük Britaniyada rekord istilər gözlənilir

DÜNYA
169

Fins.az - Böyük Britaniya rekord həddə çata biləcək isti hava dalğasına hazırlaşır.

Ölkənin meteoroloji xidməti Met Office xəbərdarlıq edib ki, Avropanın qərb hissəsi üzərində formalaşan “istilik qübbəsi” səbəbindən temperatur kəskin şəkildə yüksələ bilər.

Proqnozlara əsasən, həftənin ortalarında İngiltərə və Uelsin bəzi bölgələrində temperatur 40°C-yə qədər çata bilər.

Mütəxəssislər belə ekstremal hava şəraitinin sağlamlıq risklərini artırdığını bildirərək əhalini ehtiyatlı olmağa çağırırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniyada rekord istilər gözlənilir — Fins.az — Fins.az